Finlandiyada təxminən 20 deputat evlərinə şübhəli şəkildə daxilolma halları barədə məlumat verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Məlumata görə, bəzi hallarda evlərə giriş zamanı zor tətbiq edilməyib və heç bir əşya oğurlanmayıb. Bəzi evlərin tualetlərində insan nəcisinin aşkar edildiyi də bildirilir.
Finlandiya parlamentinin üzvü Ben Ziskoviç hadisələrin Rusiya kəşfiyyatının siyasətçilərə izlənildiklərini göstərmək məqsədi daşıyan taktikasının bir hissəsi ola biləcəyini bildirib.
Rusiyanın hadisələrə mümkün iştirakı ilə bağlı iddialar hələ təsdiqlənməyib.
Rauf
























