image-iraklij-kobahidzebackend

Kobaxidze: Gürcüstanı Ukrayna və Moldovadan yalnız mənfi göstəricilərdə geri qalır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropaya inteqrasiya prosesində öz yolunu davam etdirəcəyini bildirib.

Kobaxidze qeyd edib ki, Gürcüstanı Ukrayna və Moldovadan yalnız mənfi göstəricilər üzrə geri qaldığını deyib.

“Əgər hansısa məsələdə Moldova və Ukrayna Gürcüstanı qabaqlayırsa, bu, yalnız mənfi göstəricilərdir. Allah eləməsin ki, bu məsələlərdə Ukrayna və Moldovanı qabaqlayaq. Bizim öz yolumuz var – sülh və iqtisadi inkişaf yolu. Bu istiqamətdə mütləq davam edəcəyik”, – deyə Baş nazir bildirib.

Hökumət başçısı vurğulayıb ki, Gürcüstan Avropa İttifaqına inteqrasiya kursunu qoruyur. Onun sözlərinə görə, ölkə assosiasiya sazişi və azad ticarət razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəliklərin 90 faizini yerinə yetirib.

Kobaxidze bildirib ki, bir sıra göstəricilər üzrə Gürcüstan həm Ukraynanı, həm Moldovanı, həm də Avropa İttifaqına namizəd digər ölkələri “min addım qabaqlayır”.

“Qalan məsələlər artıq sağlam yanaşmadan asılıdır. Əgər Avropa Komissiyası Gürcüstana sağlam münasibət göstərsə, o zaman ölkəmizin Avropaya inteqrasiyası maneəsiz şəkildə davam edəcək”, – deyə Baş nazir əlavə edib.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki