"Toy bitdi, gördük ki, çöldə davadır" - VİDEObackend

“Toy bitdi, gördük ki, çöldə davadır” – VİDEO

Sumqayıtda restoranda baş verən dava nəticəsində 32 yaşlı kişi həyatını itirib.

İNFOAZ.MEDİA-nın əldə etdiyini məlumata görə, Hadisə üç gün əvvəl baş verib. 1994-cü il təvəllüdlü Cavid Nəzərli dava zamanı aldığı xəsarətlərdən sonra Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin şahidi bildirib ki, insident toy mərasimi başa çatdıqdan sonra restoranın qarşısında baş verib. Onun sözlərinə görə, hadisə gecə saat 02:00 radələrində, restoranın girişindən təxminən 20-25 metr aralıda qeydə alınıb.

Şahid qeyd edib ki, həmin vaxt toy mərasimi artıq başa çatmaq üzrə olub. Çöldə bir şəxsin halının pisləşdiyini eşidən əməkdaşlar ona su verərək kömək göstərməyə çalışıblar. Şahid hadisənin özünü görmədiyini də vurğulayıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Təbriz Dünyamalızadə

 

Bu gönderiyi Instagram’da gör

 

İNFOAZ.MEDİA (@infoaz.media)’in paylaştığı bir gönderi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki