image-screenshot_2342backend

Paşinyan: Ermənistanda saxlanılan azərbaycanlı hərbçi müqavimət göstərməyib

Ermənistanın Baş naziri Nikol Paşinyan Laçın istiqamətində itkin düşən və sonradan Ermənistan ərazisində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı açıqlama verib.

Paşinyanın sözlərinə görə, üzərində odlu silah olan azərbaycanlı hərbçi saxlanılarkən heç bir müqavimət göstərməyib. O, Musayevin müəyyən xəsarətlərinin də olduğunu bildirib.

Ermənistanın müdafiə naziri Suren Papikyan isə Milli Assambleyada çıxışı zamanı hərbçinin müqavimət göstərməməsinin onun diversant olmadığını göstərdiyini deyib.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu daha əvvəl Laçın istiqamətində itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Rəhim oğlu Musayevin Ermənistan ərazisində aşkarlandığını və yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını açıqlayıb.

Ermənistan İstintaq Komitəsi isə daha sonra Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçildiyini bildirib.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki