image-1719210746-hebs-768x403-1backend

Aldığı bir manata görə 3 illik həbs cəzası aldı

Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M (ad şərtidir) həbs olunub.

Qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN tələb edib.

Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına 1 manat ödəniş edib.

Təqsirləndirilən şəxsin saxta profildən istifadə etdiyini başa düşən qadın, onun əsl adını öyrəndikdən sonra polisə şikayət edib.

Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham olunan Y.M-nin işinə Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılıb. Qadını şantaj edərək 1 manat əldə edən təqsirləndirilən şəxs, 3 il müddətinə azadlıqdan məhrum edilib.// Xitab24.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki