futbolbackend

Məşhur futbolçu insan alverində ittiham olunur

Kolumbiyalı bir ailə PSJ və Fransa millisinin müdafiəçisi Luk Ernandesə qarşı insan alveri və qanunsuz əmək ittihamları ilə şikayət ərizəsi verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Paris Match nəşrinin məlumatına görə, ailə 2024-cü ilin sentyabrından 2025-ci ilin noyabrına qədər futbolçu və onun sevgilisi Viktoriya Triay üçün işləyib. Onlar təmizlik, yemək bişirmək, uşaqlara baxım və təhlükəsizlik kimi işləri yerinə yetiriblər.

İddia olunur ki, ailə üzvləri qanunsuz şəkildə Avropaya gətirilib, sənədləşmə ilə bağlı vədlər yerinə yetirilməyib, iş rəsmi qeydiyyata alınmayıb və maaşlar nağd ödənilib. Şikayətçilər həmçinin saxta sənədlərlə təmin olunduqlarını, ağır şəraitdə çalışdıqlarını və fiziki-psixoloji təzyiqlərə məruz qaldıqlarını bildiriblər.

Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır.

Orxan,
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki