image-kivanc-tatlitug-5-milyon-takipcili-hesabini-kapatmisti-nedeni-belli-oldu-kk24backend

Kıvanç Tatlıtuğ sosial şəbəkələrini niyə bağladı? – Səbəbini açıqladı

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ milyonlarla izləyicisi olan sosial media hesablarını bağlamasının səbəbini açıqlayıb.

Aktyor yeni layihəsinin qala gecəsində jurnalistlərin suallarını cavablandırıb. Təxminən 5 milyon izləyicisi olan “Instagram” və “X” hesablarını bağlaması ilə bağlı müxtəlif iddialar səslənsə də, Tatlıtuğ qərarının arxasında hər hansı dramatik hadisənin olmadığını bildirib.

O, sosial mediadan uzaqlaşmasının şəxsi həyatı ilə bağlı xüsusi səbəblə əlaqələndirilməməsini istəyib.

“Canım sıxıldı, canım belə istədi, bağladım. Bunun altında dramatik bir hekayə axtarmağa ehtiyac yoxdur. Açıq və dəqiq danışım. Əvəzində iki dəst kitab aldım və çoxlu kitab oxudum”, – deyə aktyor bildirib.

Beləliklə, Kıvanç Tatlıtuğ sosial şəbəkələrdən uzaqlaşmaq qərarının sadəcə şəxsi seçimi olduğunu və bu müddətdə vaxtını mütaliəyə ayırdığını açıqlayıb.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki