Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ilə baş məşqçi Jorje Jezuş arasında yaranan gərginlik gündəmin əsas mövzularından birinə çevrilib.
İNFOAZ.MEDİA xəbər verir ki, 41 yaşlı futbolçu Norveçlə Millətlər Liqası oyununda meydana çıxmamasından narazı qalıb. Portuqaliya həmin görüşdə 2:1 hesabı ilə qalib gəlsə də, Ronaldo matçı ehtiyat oyunçular skamyasında keçirib.
Ronaldo daha sonra komandanın məşqində iştirak etməyib və ayrıca məşq edib. Bu isə onun milli komandanı tərk edə biləcəyi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.
Ronaldo sentyabrın 23-də verdiyi açıqlamada məşqçinin ona ehtiyacı olmadığını düşünəcəyi təqdirdə millidən ayrılacağını bildirmişdi. O, özünü komandaya faydalı hesab etmədiyi və artıq istənilmədiyini hiss etdiyi zaman karyerasını milli komandada başa çatdıracağını demişdi.
EMİN
























