NATO-nun baş katibi Mark Rutte Avropa və ABŞ-da müdafiə sənayesinin kifayət qədər məhsul istehsal etmədiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Problem Avropadan, yoxsa ABŞ-dan almağınız deyil. Problem odur ki, almaq mümkündürmü? Pul var, lakin Avropanın müdafiə sənayesi bazası kifayət qədər inkişaf etməyib və yetərli istehsal həyata keçirilmir”, – deyə Rutte bildirib.
O əlavə edib ki, eyni vəziyyət ABŞ üçün də keçərlidir və Vaşinqton da müdafiə sənayesində istehsal həcmini artırmalıdır.
Jalə
























