ABŞ dövlət katibi Marko Rubio İran rəhbərliyini radikal dini baxışlara malik olmaqda ittiham edib və ölkənin nüvə silahına sahib olmasına qarşı çıxıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Rubio İranı idarə edən şiə din xadimlərinin “apokaliptik gələcəyə” inandıqlarını iddia edib.
“İranda qərarları radikal şiə din xadimləri verir. Onlar dünyanın son günlərini və apokalipsisi başlatmağın dini vəzifələri olduğuna inanırlar.
Belə insanlar heç vaxt nüvə silahına sahib ola bilməzlər. Çünki onlar bundan dünyanı şantaj etmək və insanları öldürmək üçün istifadə edəcəklər”, – Rubio bildirib.
Jalə
























