Kaliforniya qubernatoru Qevin Nyusom “Eid al-Fitr” və “Eid al-Adha”nı ştat qanunvericiliyində rəsmi bayramlar kimi tanıyan AB 2017 qanununu imzalayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, qanuna əsasən, dövlət və məktəb əməkdaşları bu bayramları qeyd etmək üçün mövcud məzuniyyət hüquqlarından istifadə edə biləcəklər.
Bundan əlavə, yerli razılaşmalar əsasında K-12 məktəbləri və icma kolleclərinin bu bayram günlərində fəaliyyətini dayandırmasına icazə veriləcək.
Jalə























