NATO-nun baş katibi Mark Rutte Ukraynanın cəbhə xəttində, xüsusilə Donetsk, Slovyansk və Kramatorsk istiqamətində əvvəlki dövrlə müqayisədə daha yaxşı vəziyyətdə olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rutte qeyd edib ki, Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirir, enerji infrastrukturu və anbarlar da daxil olmaqla Rusiyanın əsas logistik sistemlərini hədəfə alır.
“Ukrayna yaxşı vəziyyətdədir. Lakin böyük şəhərlərin, enerji infrastrukturunun və logistikanın təhdid altında olması ilə bağlı problem olduğu tamamilə doğrudur”, – deyə Rutte bildirib.
Jalə
























