ABŞ Hərbi Dəniz Qüvvələrinin iki aviatoru Virciniya sahillərində yerləşən “USS Dwight D. Eisenhower” təyyarədaşıyan gəmisinə eniş zamanı baş verən qəza nəticəsində katapult edib.
İNFOAZ.MEDİA xəbər verir ki, hər iki aviator axtarış-xilasetmə qrupları tərəfindən xilas edilərək gəmiyə qaytarılıb və tibbi müayinədən keçirilib.
Hadisə zamanı gəmidə olan daha dörd hərbçi də xəsarət alıb. Onlardan biri həyati təhlükə yaratmayan xəsarətlərlə Norfolk bölgəsindəki xəstəxanaya aparılıb.
ABŞ Hərbi Dəniz Qüvvələri təyyarənin növünü və qəzanın səbəbini açıqlamayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Rauf























