Böyük Britaniyanın Baş naziri Endi Börnhəm RAF Fairford aviabazasında baş verən hadisədə İranın rolunun olduğuna dair “güclü göstəricilər”in mövcud olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, o, hökumətin İranın hadisədə iştirak etdiyinə inandığını təsdiqləyib.
Börnhəm istintaqın davam etdiyini, prosesin “mürəkkəb və ciddi” xarakter daşıdığını və Böyük Britaniyanın ABŞ-la sıx əməkdaşlıq etdiyini deyib.
Şübhəlilərin azadlığa buraxılmasına da münasibət bildirən Baş nazir onların “mümkün olan ən sərt girov şərtləri” altında olduqlarını qeyd edib.
Jalə
























