Fransa Prezidenti Emmanuel Makron Seutada baş verən miqrant böhranı ilə bağlı İspaniyaya Avropa ölkələrinin həmrəyliyinin vacibliyini vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, “Bir çox avropalının oxşar hadisələrlə üzləşdikləri və həmrəyliyə ehtiyac duyduqları zaman İspaniyadan dəstək aldığı halda, indi İspaniyaya eyni həmrəyliyi göstərməməsinə təəccüblənirəm”, – deyə Makron bildirib.
O qeyd edib ki, bir çox miqrant artıq mənşə və ya tranzit ölkələrinə geri qayıdıb və bu istiqamətdə iş Mərakeş hakimiyyəti ilə sıx koordinasiya şəraitində davam etdirilməlidir.
Makron Mərakeşlə əməkdaşlığın yaxşı getdiyini düşündüyünü də bildirib.
Jalə
























