NATO-nun baş katibi Mark Rutte Avropanın gələcəkdə İranın nüvə imkanlarına qarşı müstəqil şəkildə tədbir görə biləcək imkanlara sahib olmasının vacibliyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Amerikalılar niyə bunu edir, İranın nüvə imkanlarını niyə aradan qaldırırlar? Çünki biz bunu edə bilmirik. Lakin gələcəkdə avropalılar olaraq bunu özümüz edə biləcəyimizə əmin olmalıyıq”, – deyə Rutte bildirib.
O, həmçinin Avropanın təhlükəsizliyinin ABŞ-dan asılılığının azaldılmasının vacibliyini vurğulayıb.
Rutte qeyd edib ki, NATO-nun Avropadakı 600 milyon əhalisinin Rusiyadan müdafiəsi üçün ABŞ kimi uzaqda yerləşən və 340 milyon əhalisi olan ölkəyə ehtiyac duyması “bir qədər qəribədir”.
“Biz bunu özümüz edə bilməliyik. Hazırda məhz bunun üzərində işləyirik”, – deyə Rutte əlavə edib.
























