Netanyahubackend

Netanyahu hindistanlı pilotu qəhrəmanlığına görə təqdir edib

İsrailin Baş naziri Benyamin Netanyahu hindistanlı pilot, kapitan Smit Maççharın təyyarədə baş verən hücum zamanı göstərdiyi cəsarəti yüksək qiymətləndirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu bildirib ki, pilot bıçaq zərbəsi alaraq ağır yaralanmasına baxmayaraq, hücum edən şəxsə müqavimət göstərib, kokpitin qapısını açıb və sərnişinlərlə ekipaj üzvlərinin hücumçunu zərərsizləşdirməsinə şərait yaradıb.

Onun sözlərinə görə, bu hərəkət mümkün böyük faciənin qarşısını alıb və İsrail vətəndaşları da daxil olmaqla 174 nəfərin həyatını xilas edib.

Netanyahu kapitan Maççhara tezliklə və tam sağalmasını arzulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki