NATO-nun baş katibi Mark Rutte Avropanın İranın nüvə imkanlarını aradan qaldırmaq gücündə olmadığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Avropa İranın nüvə imkanlarını aradan qaldıra bilmədi. Biz bunu edə bilmədik. 10 il ərzində lazımi imkanlara malik olacağıq – bunu edə bilərik və etməliyik”, – deyə Rutte bildirib.
O qeyd edib ki, Qırmızı dənizdə husilərlə bağlı məsələnin də ABŞ deyil, Avropa tərəfindən həll edilməsi lazım olduğunu düşünür.
Rutte həmçinin ABŞ-ın İrana qarşı hərbi əməliyyat keçirməsini “tamamilə zəruri” hesab etdiyini deyib.
Rauf
























