NATO-nun baş katibi Mark Rutte İranın nüvə imkanlarının aradan qaldırılmasına yalnız ABŞ-ın qadir olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rutte qeyd edib ki, İranın nüvə imkanları potensial olaraq təkcə Yaxın Şərqdə İsrail üçün deyil, Avropada, o cümlədən Brüsseldə də təhlükə yarada bilərdi.
“Amerika prezidentinin bu təhlükəni aradan qaldırması və İranın nüvə imkanlarını zəiflətməsi çox vacibdir”, – deyə Rutte bildirib.
O, hər bir müharibənin mənfi tərəflərinin də olduğunu vurğulayıb: “Bu aydındır. Lakin mən burada müsbət tərəflərə diqqət yetirirəm”.
Jalə
























