image-841a15b2-cee7-47dd-9dd5-7d67b0cd8e4dbackend

Azərbaycan futbol tarixində ilk: final Gəncədə olacaq

Azərbaycan Kubokunun finalı tarixdə ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov məlumat verib.

O bildirib ki, qərar PFL-in təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı əsasında qəbul olunub.

Xatırladaq ki, Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkatma mərasimi sabah keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki