image-1788588572_5249141985468163047backend

“Sabah”ın ev oyunları bu stadionda olacaq

“Sabah” klubunun UEFA Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Azərbaycan çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Artıq UEFA rəsmi saytında Liqa mərhələsindəki 4 oyunun bu arenada olacağını təsdiqləyib.

“Sabah”ın ev oyunlarının təqvimi:

2-ci tur, 13 oktyabr

20:45. “Sabah” – “Slaviya” (Çexiya)

3-cü tur, 20 oktyabr

20:45. “Sabah” – “Borussiya” (Dortmund, Almaniya)

5-ci tur, 25 noyabr

21:45. “Sabah” – “Barselona” (İspaniya)

7-ci tur, 20 yanvar

21:45. “Sabah” – “Napoli” (İtaliya)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki