image-rq9bhxb99sywbfbppjhsaijtzxpg7uslzxwfhrp1_1200backend

Premyer Liqa: “Qarabağ” və “Sabah”ın təxirə salınan oyunlarının tarixi açıqlanıb

Misli Premyer Liqasında II turdan təxirə salınan “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunlarının tarixi açıqlanıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Hər iki qarşılaşma dekabrın 17-də keçiriləcək. “Sabah” – “Sumqayıt” matçı saat 15:00-da, “Qarabağ” – “Kəpəz” görüşü isə 18:30-da start götürəcək.// Report.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki