Fransa Futbol Federasiyası (FFF) FIFA prezidenti Canni İnfantinonun 2027-ci ildə yenidən seçilmək namizədliyinə dəstəyini geri çəkib.
İNFOAZ.MEDİA xəbər verir ki, FFF prezidenti Filip Diallo bildirib ki, İnfantinoya olan etimad artıq sarsılıb. O, FIFA prezidentliyi uğrunda 18 mart 2027-ci ildə keçiriləcək seçkilər öncəsi etibarlı alternativ namizədin irəli sürülməsinə çağırıb.
Diallonun sözlərinə görə, federasiyanın İcraiyyə Komitəsi qərarı yekdilliklə qəbul edib. Fransa daha əvvəl İnfantinonun namizədliyini dəstəkləsə də, son hadisələrin bu mövqeyi dəyişdirdiyi bildirilib.
Rauf
























