Son günlər havanın temperaturunun aşağı düşməsi və küləyin şiddətlənməsi qış mövsümünün daha sərt keçəcəyi ilə bağlı gözləntiləri artırıb.
Bəs qarşıdakı günlərdə havanın daha da soyuyacağı, qışın daha sərt keçəcəyi gözlənilirmi?
Ekoloq Ənvər Əliyev bildirib ki, hər zaman istilər və ya soyuqların sərt keçəcəyi deyilir.
O qeyd edib ki, qışa xeyli müddət qaldığı üçün hələlik tələsmək lazım deyil: “Görək payız necə keçəcək… Ondan sonra soyuq havaları müzakirəyə qoyarıq. Hələlik deyilən sözlərin 99 faizi düz çıxmır. Çünki çoxillik rəqəmlərə baxmaq, vəziyyəti izləmək lazımdır. Olduqca çətin bir problemdir. Qabaqcadan necə demək olar? Payız gəlsin, görək nə var nə yox… Əsas payızın necə keçməsi bizə çox şeydən xəbər verəcək. Hələlik hansısa bir əlamət görmürəm”.// pravda.az























