Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulacaq.
Sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da start götürəcək.
Turun qspanış matçı isə saat 20:15-də Sumqayıtda oynanılacaq. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qonaq edəcək.// Medianews.az
























