Argentina Prezidenti Xavyer Miley Böyük Britaniyaya Folklend adaları yaxınlığındakı “Sea Lion” neft layihəsini dayandırması üçün iki həftə vaxt verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Miley layihəni Argentinanın təbii ehtiyatlarının “qanunsuz talan edilməsi” adlandırıb və London tələbi yerinə yetirməsə, məsələni Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalına çıxaracaqlarını bildirib.
“Sea Lion” layihəsi Böyük Britaniyanın “Rockhopper Exploration” şirkəti və İsrailin “Navitas Petroleum” şirkəti tərəfindən hazırlanır. Layihə üzrə ilk neft hasilatının 2028-ci ilin martında başlaması planlaşdırılır.
Folklend adalarının suverenliyi Argentina və Böyük Britaniya arasında uzun müddətdir davam edən mübahisə mövzusudur. London adaların Britaniyaya məxsus olduğunu bildirir.
Rauf
























