“Adidas” şirkəti keçmiş İsrail hərbçisi və amputant Şalev Bitonun yer aldığı reklam kampaniyasına görə üzr istəyib. Kampaniya şirkətin “Tək ayaqqabı” xidmətini tanıtmaq məqsədi daşıyırdı.
Reklam sosial şəbəkələrdə boykot çağırışlarına səbəb olub. Tənqidçilər Qəzza müharibəsi zamanı minlərlə fələstinlinin ətraflarını itirməsi fonunda keçmiş İsrail hərbçisinin bu xidmətin tanıtımında istifadə edilməsini həssas olmayan yanaşma kimi qiymətləndiriblər.
“Adidas” kampaniyanın yerli təşəbbüs olduğunu bildirib və narahatlıq yaratdığı üçün üzr istəyib.
Şirkət qeyd edib ki, “Tək ayaqqabı” proqramı ətraflarında fərqlilik olan insanların yalnız ehtiyac duyduqları ayaqqabını ayrıca ala bilməsi üçün nəzərdə tutulub.
Jalə
























