image-rubio-ai-impostorbackend

Marko Rubio: “Böyük Britaniyada baş verənlər çox ciddi vəziyyətdir”

ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyada həftəsonu baş verən hadisənin xarici aktorun iştirakı ilə bağlı olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Rubio hadisənin çox ciddi olduğunu və əlavə detalların hələ açıqlanmayacağını deyib.

“Böyük Britaniyada həftəsonu baş verənlər, az qala baş verənlər və baş verə biləcək hadisə çox ciddi vəziyyətdir. Bu, açıq şəkildə xarici aktorun iştirakı ilə bağlıdır. Hələlik bununla bağlı ətraflı danışmayacağam”, – Rubio bildirib.

Məlumatlara görə, açıqlama RAF Fairford hərbi bazası yaxınlığında terror və partlayıcı maddələrlə bağlı şübhə ilə beş şəxsin saxlanılmasından sonra verilib. Britaniya polisi araşdırmanın davam etdiyini və xarici dövlətlə əlaqənin olub-olmadığının araşdırıldığını açıqlayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki