Türkiyəli sosial media fenomeni Dilan Polat barəsində “Prezidentə təhqir” ittihamı ilə başladılan araşdırma çərçivəsində saxlanıldıqdan sonra “məhkəmə nəzarəti” şərti ilə sərbəst buraxılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Anadolu Respublika Baş Prokurorluğu sosial mediada yayılan görüntü ilə əlaqədar Dilan Polat barəsində “Prezidentə təhqir” ittihamı üzrə araşdırma başladıb.
Araşdırma çərçivəsində saxlanılan Polat ifadə verməsi üçün İstanbul Anadolu Ədliyyəsinə aparılıb. O, prokurorluqda ifadə verdiyi zaman səhhəti pisləşib və əraziyə tibbi yardım briqadası çağırılıb. Tibbi müdaxilədən sonra onun ifadəsinin alınmasına davam edilib.
Məhkəmənin qərarı ilə Polat xaricə çıxış qadağası və həftədə bir dəfə imza atmaq şərti ilə “məhkəmə nəzarəti” altında sərbəst buraxılıb.
EMİN
























