image-whatsapp-image-2026-09-15-at-14-33-22-1536x1024backend

“Süni   dövründə  tələbə olmaq həm asandır,  həm çətin”  layihəsi  icra edilir

“Peşəyönümlü  təhsilin inkişafına  yardım” IB  (PTİYİB)  ictimai əsaslarla  “Süni   dövründə  tələbə olmaq həm asandır, həm çətin”  adlı layihənin icrasına başlamışdır.  Onlayn formatda  reallaşan  layihə çərçivəsində bəzi universitetlərin tələbələri üçün süni intellekt mühitində səmərəli öyrənmə yolları haqqında  tövsiyyələr veriləcəkdir.  Təlimləri  PTİYİB sədri, dosent İlham Əhmədov aparacaq.

Tarixdə ilk dəfədir ki, tələbənin qarşısında belə paradoksal vəziyyət yaranıb: öyrənmək üçün imkanlar heç vaxt bu qədər çox və əlçatan olmayıb, lakin həqiqətən öyrənmək heç vaxt bu qədər mürəkkəb də olmayıb.  Bu müasir  təhsilin ən böyük paradoksudur.  Bir neçə on il əvvəl tələbənin əsas problemi məlumat tapmaq idi. Kitabxanaya getmək, kitab axtarmaq, müəllimdən soruşmaq, mənbələri toplamaq və uzun müddət araşdırma aparmaq lazım gəlirdi. Bu gün isə süni intellekt bir neçə saniyə ərzində mövzunu izah edir, suallara cavab verir, nümunələr yaradır, mətn yazır, kod hazırlayır, riyazi məsələləri həll edir, tərcümə edir, ideyaları müqayisə edir və hətta tələbə ilə fərdi müəllim kimi dialoq qura bilir.

Əgər maşın cavabı çox asanlıqla verirsə, insanın düşünməsi üçün nə qalır?

Əslində, çox şey qalır,  hətta əvvəlkindən daha çox.  Çünki süni intellekt cavabın qiymətini aşağı saldıqca, sualın, düşünmənin, yoxlamanın, mühakimənin və yaradıcı qərarın qiymətini artırır.  Bu səbəbdən süni intellekt dövründə tələbə olmağın asanlığı ilə çətinliyi eyni mənbədən — süni intellektin gücündən doğur.   Sİ tələbənin öyrənmə qarşısındakı bir çox texniki və informasiya maneələrini aradan qaldırır. Lakin eyni zamanda onun qarşısına daha mürəkkəb intellektual və etik vəzifələr qoyur: nəyi öyrənmək, nəyi özü etmək, nəyi Sİ-yə həvalə etmək, verilən cavaba nə dərəcədə inanmaq, onu necə yoxlamaq və ən əsası — öz düşüncəsini necə qorumaq?  Deməli, Sİ dövründə təhsilin əsas problemi artıq “məlumatı necə əldə etmək?” sualından “məlumatla necə düşünmək?” sualına keçir.  Bu, sadəcə texnoloji dəyişiklik deyil. Bu, tələbə anlayışının özünün dəyişməsidir.

image-f0aae32e-cf01-4057-aec0-a42b617ade77-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki