Fransa Prezidenti Emmanuel Makron Seutada baş verən miqrant böhranı ilə bağlı İspaniyanın hücuma məruz qaldığını və Avropa ölkələrinin Madridə həmrəylik göstərməli olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “İspaniya bu keçidləri təşkil etməyib. Buna görə mənim reaksiyam çox sadədir: Avropa ölkələri ərazilərinə nəzarətsiz miqrasiya axını ilə üzləşdikdə, onlara həmrəylik borcumuz var”, – deyə Makron bildirib.
O, İspaniyanın ehtimal ki, çoxşaxəli hücuma məruz qaldığını qeyd edib.
Makron Fransa tərəfinin apardığı təhlillərdə informasiya hücumlarının da müşahidə edildiyini bildirib.
Jalə
























