Rusiyanın Saratov vilayəti pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 30-na keçən gecə ölkənin müxtəlif bölgələri üzərində ümumilikdə 384 pilotsuz uçuş aparatı məhv edilib.
Saratov vilayətində də hava hücumundan müdafiə sistemlərinin pilotsuz aparatları zərərsizləşdirdiyi bildirilib. Bölgədə hücum təhlükəsi ilə əlaqədar sakinlərə xəbərdarlıq edilib.
























