İrlandiyanın Baş naziri Mixol Martin bildirib ki, İran qonşularına hücumları dayandırmalı və Hörmüz boğazında gəmilərə zərbələr də daxil olmaqla, regiondakı sabitliyi pozan fəaliyyətlərinə son qoymalıdır.
İNFOAZ.MEDİA xəbər verir ki, O qeyd edib ki, gəmilərin beynəlxalq hüquqa uyğun olaraq boğazdan təhlükəsiz və heç bir rüsum ödənilmədən keçməsinə imkan verilməlidir.
Martin vurğulayıb ki, daha böyük sabitliyin təmin olunması üçün İran heç vaxt nüvə silahına sahib olmamalıdır və ölkənin regiondakı sabitliyi pozan təsiri dayandırılmalıdır.
“Danışıqlar yolu ilə razılaşma əldə etmək üçün dialoqa ehtiyacımız var”, – İrlandiya hökumətinin başçısı deyib.
Jalə
























