image-ukraynaaaaa-768x403backend

Ukrayna ordusu Donetskdə üç yaşayış məntəqəsinə nəzarəti bərpa edib

Ukrayna ordusu Donetsk vilayətində Redkodub, Novoye və Katerinovka yaşayış məntəqələrini azad edib.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Ukrayna hərbçiləri Novomixaylovka və Lipovoye yaşayış məntəqələri yaxınlığında da nəzarəti bərpa ediblər.

Məlumata görə, hücum əməliyyatlarının başlanmasından indiyədək ümumilikdə 176 kvadratkilometr ərazi azad edilib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki