Almaniyadakı müstəntiqlər sentyabrın 3-də Münhendə müdafiə və texnologiya şirkətləri “Rohde & Schwarz” və Ukraynaya dronlar tədarük edən “Helsing” şirkətinin yaxınlığındakı tikinti sahəsində baş verən yanğının arxasında Rusiyanın hərbi kəşfiyyatının dayandığından şübhələnirlər.
İNFOAZ.MEDİA xəbər verir ki, Hadisə ilə bağlı iki Bolqarıstan vətəndaşı saxlanılıb. Onların Slovakiyadan fəaliyyət göstərən və Rusiyanın hərbi kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən qrup tərəfindən cəlb olunmuş aşağı səviyyəli agentlər olduğu ehtimal edilir.
Rauf
























