Pakistanın Lahor şəhərində 20 yaşlı azərbaycanlı qadın təcavüzə məruz qalıb.
Bu barədə Pakistan mediası məlumat yayıb.
Məlumata görə, polis 20 yaşlı Azərbaycan vətəndaşı olan qadına təcavüzə görə üç kişiyə cinayət işi açıb.
Bildirilib ki, Diana adlı azərbaycanlı qadın naməlum iki qadın tərəfindən bir kafeyə aparılıb. Qadınlar orada onları gözləyən üç nəfərlə vaxt keçiriblər. Müəyyən müddət sonra qrup Diananı naməlum mənzilə aparıb, ona içki içiriblər.
Bundan sonra üç kişi ona təcavüz edib, daha sonra onu hava limanının yaxınlığında tərk edib qaçıblar.
“Bütün təqsirləndirilən şəxsləri müəyyən etdik. Cinayətdə istifadə edilən nəqliyyat vasitəsi müsadirə edilib”, – Pakistan polisindən bildirilib.// Axar.az
























