Çinbackend

Çin husilərin əsas təchizat mənbələrindən birinə çevrilir – WSJ

Çin husilərin təchizatında getdikcə daha mühüm rol oynamağa başlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, Çin şirkətləri husilərə həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən ikili təyinatlı məhsullar, xüsusilə də dron texnologiyası üçün vacib komponentlər təqdim edir.

Bu, husilərə İrandan kənar əlavə təchizat kanalı yaradır. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) uzun illər ərzində kiçik balıqçı qayıqları vasitəsilə Yəmənə silah, raket hissələri və dron komponentləri göndərib. Lakin bu yüklərin bir hissəsi ələ keçirilib.

Husilər, həmçinin Cibuti və Somali üzərindən təchizat marşrutlarından istifadə ediblər. Hazırda isə Çindən də məhsullar əldə edirlər.

Nəşr qeyd edir ki, husilərin silah arsenalının əsasını hələ də İran texnologiyası təşkil edir. Bununla belə, Çin istehsalı olan ikili təyinatlı komponentlər onların dron imkanlarının genişləndirilməsi və saxlanılmasında getdikcə daha mühüm əhəmiyyət kəsb edir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki