image-rtjbackend

Yuxu“muz çin oldu

Azərbaycan rok musiqisinin əfsanəvi qrupu Yuxu uzun illərdən sonra baş tutan möhtəşəm qayıdış konserti ilə Elektra Events Hall səhnəsində dinləyiciləri ilə görüşdü!

“Xəzərin sahilində”, “Məni sənsən düşündürən”, “Xəyalpərəst” kimi unudulmaz hitlər, eləcə də son illərin “Sənin üçün…” və “Sumqayıt II” mahnıları konsert boyu səsləndirildi və zalı dolduran dinləyicilər tərəfindən böyük coşqu ilə qarşılandı.

Nəinki Azərbaycanda, həm də Türkiyə və Avropada sevilən əfsanəvi qrupun Bakıda baş tutan bu çıxışı tamaşaçılara nostalji dolu və enerjili rock’n’roll axşamı yaşatdı.

Gecə həm köhnə xatirələri yenilədi, həm də yeni mahnılarla rok sevərlərə unudulmaz anlar bəxş etdi.

Təbriz Dünyamalızadə
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki