Braziliya Federal Polisi prezident seçkilərində Luis İnasio Lula da Silvaya məğlub olan Flavio Bolsonaronun ölkəni tərk edib-etmədiyini müəyyənləşdirmək üçün sərhəd keçidlərini yoxlayır.
İNFOAZ.MEDİA xəbər verir ki, “Folha de S.Paulo” nəşrinin məlumatına görə, Argentina mediası Bolsonaronun Argentinaya keçərək oradan şəxsi təyyarə ilə ABŞ-yə getmiş ola biləcəyini yazıb. Lakin Braziliya və Argentina rəsmiləri onun ölkəyə girişinə dair heç bir qeyd aşkarlamayıblar. Bolsonaronun müttəfiqlərindən biri isə onun Braziliyanı tərk etdiyini təkzib edib.
Araşdırma Ali Məhkəmənin Bolsonaronun pasportlarını ləğv etmək və ölkədən çıxışını qadağan etmək barədə qərarından sonra başlayıb.
Rauf
























