Avropa İttifaqı ölkələribackend

Aİ Kanada ilə assosiativ üzvlük planından imtina edir

Avropa İttifaqı Kanada üçün “assosiativ üzvlük” statusu təklif etmək planından imtina edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Almaniya, Fransa, İtaliya və Yunanıstanın etirazlarından sonra bu təklifin birgə bəyanat layihəsindən çıxarılması qərara alınıb.

Yeni layihədə tam üzvlük nəzərdə tutulmadan, Avropa İttifaqı ilə Kanada arasında daha sıx əməkdaşlığın qurulması təklif olunur.

Sənədin yekun təsdiqi hələ gözlənilir. Tərəflər arasında əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsinin oktyabrın 29-30-da Monrealda keçiriləcək sammitdə davam etdirilməsi planlaşdırılır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki