CNN-in araşdırmasına görə, ABŞ müdafiə naziri Pit Heqsetin baş dini müşaviri Rayan Hiqqins sosial şəbəkələrdə irqçi, müsəlmanlara qarşı nifrət məzmunlu və homoseksuallara qarşı təhqiramiz paylaşımlar edib, eyni zamanda xristian millətçiliyi ideyalarını təbliğ edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Hiqqins “Kilsə ilə dövlətin ayrılığı mövcud deyil” deyib, LGBTQ icmasının üzvlərini “şeytani kult” adlandırıb. O, həmçinin müsəlman mühacirləri ağdərili qadınları “öldürməkdə və zorlamada” ittiham edib.
CNN-in məlumatına görə, Hiqqins Donald Trampın Barak və Mişel Obamanı meymun obrazında göstərən videosunu müdafiə edib, abortu “şeytani insan qurbanı” adlandırıb və 2020-ci il prezident seçkiləri ilə bağlı sui-qəsd nəzəriyyələrini yayıb.
Araşdırmada bildirilir ki, Hiqqins Heqsetin dini mövqeyinin formalaşmasında və Pentaqonda Dini Məsələlər Ofisinin yaradılması istiqamətindəki səylərində iştirak edib.
Pentaqon isə Hiqqinsi Heqsetin komandasının “dəyərli üzvü” kimi müdafiə edib.
Rauf
























