f-16backend

ABŞ-ın İranla müharibəyə xərclədiyi vəsait 47,1 milyard dolları keçib

Pentaqonun hesablamalarına görə, ABŞ-ın İranla müharibəyə çəkdiyi xərclər oktyabrın 16-na olan vəziyyətə görə 47,1 milyard dollara çatıb.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Clash Report” nəşri məlumat yayıb.

Xərclərin təxminən 29 milyard dolları istifadə edilmiş raketlərin, bombaların və digər döyüş sursatlarının əvəzlənməsinə yönəlib. Hərbi texnika itkilərinin əvəzlənməsi isə 6,1 milyard dollara başa gəlib.

Bundan əlavə, hərbi əməliyyatların aparılması və ABŞ hərbçilərinin təminatı ilə bağlı əlavə xərclər 11,9 milyard dollar təşkil edib.

Qeyd olunur ki, bu hesablamaya İranın hücumları nəticəsində Fars körfəzi regionunda zərər görən ABŞ hərbi bazalarının bərpası xərcləri daxil edilməyib. Buna görə də müharibənin ümumi maliyyə yükünün daha yüksək olduğu ehtimal edilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki