image-dc855590-8030-4651-af7a-2ad65493f23abackend

Xalq artisti Röya Ayxandan yeni klip – “Baldır Yar”!

Xalq artisti Röya Ayxan yeni layihəsi “Baldır Yar”ı təqdim edib. Mahnının musiqisi İsmail Zadəyə, sözləri Həmid Məmmədliyə, aranjimanı isə Vüsal Həsənova məxsusdur.

Murad Hüseynovun rejissorluğu ilə ekranlaşdırılan klipdə Röya Ayxan 4 fərqli obrazda kamera qarşısına keçib. Pop kraliçanın saç və makiyajı Babək Qədirovun, obrazların styling-i isə Niko Labın imzasını daşıyır.

Qeyd edək ki, Röya Ayxan “Baldır Yar”ı ilk dəfə Yaşıl Teatrda baş tutan konsertində səsləndirib.

Yeni mahnı artıq bütün rəqəmsal musiqi platformalarında yayımdadır.

image-img_3441-jpg


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki