Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanovbackend

Budanovun Trampın nümayəndələri ilə əlaqələri Ukrayna üçün sülh imkanlarını artıra bilər

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovun ABŞ Prezidenti Donald Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla sıx işgüzar əlaqələr qurduğu bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə siyasi analitik Oleq Posternak bildirib.

Onun sözlərinə görə, Budanov xüsusilə Cared Kuşnerlə davamlı və birbaşa dialoq aparır. Analitik hesab edir ki, bu əlaqələr müharibənin başa çatdırılması üçün praktiki həll yollarının axtarışına imkan yaradır.

Posternak qeyd edib ki, ABŞ-ın danışıqlar nümayəndələrinin gördüyü işlərin əhəmiyyəti onların ictimai açıqlamalarından daha böyük ola bilər.

O, Uitkoff və Kuşnerin iştirakı ilə tərəflərin döyüşlərin dayandırılması, ərazi məsələləri, təhlükəsizlik təminatları və investisiyalar kimi mürəkkəb mövzuları konkret şəkildə müzakirə etməyə başladığını vurğulayıb.

Analitikin fikrincə, bütün çətinliklərə baxmayaraq, bu diplomatik səylər Ukrayna üçün davamlı sülhün əldə olunmasına xidmət edə bilər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki