Amerikalı reper Kardi B Dominikan Respublikasına səfəri zamanı ailəsinin evini təmizləməyə kömək edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Görüntülərdə 34 yaşlı ifaçının nənə-babasının yaşadığı evdə döşəmələri süpürdüyü, yuduğu və ev işləri ilə məşğul olduğu görünür. Videoları onun atası sosial şəbəkədə paylaşıb.
Reperin bu səfəri oktyabrın 11-də qeyd etdiyi 34-cü doğum günü ilə eyni vaxta təsadüf edib. Kardi B-nin məşhurluğuna baxmayaraq, ailəsinə kömək etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun sadəliyini və ailə dəyərlərinə bağlılığını yüksək qiymətləndiriblər.
Rauf
























