image-zelenski1backend

Zelenski: Danışıqlara istənilən formatda hazırıq

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların istənilən formatda keçirilməsinə hazır olduqlarını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski həssas məsələlər də daxil olmaqla, müxtəlif mövzuları müzakirə etməyə hazır olduqlarını vurğulayıb.

“Biz istənilən formatda danışıqlara hazırıq. Hətta bizim üçün həssas olan məsələlər də daxil olmaqla, istənilən mövzunu müzakirə etməyə razıyıq. Bəzi məsələlərin müzakirəsini ədalətli hesab etməsəm də, danışıqlar prosesini dayandıran tərəf olduğumuzu göstərmək istəmirəm.

Lakin ABŞ bu prosesdə vasitəçi olmalıdır”, – deyə Zelenski bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki