ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun seçkilərdəki mövqeyinin yaxşılaşdığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.
O, əvvəlcə Netanyahunun seçkilərdəki perspektivləri ilə bağlı narahatedici məlumatlar aldığını, lakin hazırda vəziyyətin yaxşılaşdığını qeyd edib.
“Deyəsən, mənim dəstəyim Bibiyə böyük təsir göstərib”, – deyə Tramp bildirib.
Netanyahuya birlik hökuməti formalaşdırmaqda kömək etmək üçün müdaxilə edib-etməyəcəyi ilə bağlı suala isə Tramp “Buna baxacağam” cavabını verib.
Jalə
























