image-thumb-1-1backend

Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək – VİDEO

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır.

İNFOAZ.MEDİA xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilən sənətçisi Ferhat Göçer 17 oktyabr tarixində Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

Müğənni artıq paytaxta təşrif buyurub və hazırlıqlara başlayıb. F. Göçer bildirib ki, gecədə iki sürpriz təqdim edəcək.

Qeyd edək ki, bu, Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Ferhat Göçerin Bakıda keçirəcəyi sayca dördüncü konsert olacaq.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki