image-fa957e29-e00f-48c0-8a27-5fa10f849240backend

Alim Qasımovun duetinə yazılan “cadu” qalmaqal yaratdı – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Alim Qasımov və meyxanaçı Üzeyir Mehdizadənin dueti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sözügedən dueti tənqid edən bloger “The_Vedad”ın səhifəsində Xalq artisti Röya Ayxanla Əməkdar artist Lalə Məmmədova “Nəyindən narahatsan” adlı mahnıya rəy yazıb.

Belə ki, Röya Ayxan bloqerin şərhində yer alan “cadu” ifadəsinə diqqət çəkib. Lalə Məmmədova isə videoya gülərək münasibətini bildirib.

Məsələ ilə bağlı İNFOAZ.MEDİA-ya aydınlıq gətirən xalq artisti Röya Ayxanın mətbuat katibi Əfruzə Ağayeva bildirib ki, Röya xanım mahnını dinləməyib və sözügedən fikirlə bağlı hər hansı münasibət bildirməyib: “Sadəcə, mahnını şərh edən şəxs videoda Alim Qasımova “cadu edildiyi” ilə bağlı bir ifadə səsləndirib. Röya xanım da Lale Məmmədova ilə həmin mövzuda zarafatlaşıb.

Alim Qasımov Azərbaycan musiqisinin böyük sənətkarlarından biridir və onun sənətinə hər zaman hörmətlə yanaşmaq lazımdır. Burada heç kimin heç kimi lağa qoyması və ya təhqir etməsi söhbət mövzusu deyil.

Xahiş edirik, hadisələri təhrif edərək, baş verməyən fikirləri insanlara aid etməklə yalan və yanlış xəbərlər yayılmasın. Sənətçilərin adından istifadə etməklə sensasiya yaratmaq nə peşəkar jurnalistikaya, nə də sənətə olan hörmətə uyğundur”.

Təbriz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki