İspaniyanın Toledo vilayətində iki sürətli sərnişin qatarının toqquşması nəticəsində azı 46 nəfər ölüb, onlarla insan yaralanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, hadisə oktyabrın 28-də Madrid–Sevilya marşrutu üzrə hərəkət edən “Renfe” və “Iryo” qatarlarının iştirakı ilə baş verib.
İlkin məlumatlara görə, qatarlar toqquşduqdan sonra “Iryo” qatarının iki vaqonu relsdən çıxaraq yamacdan aşağı düşüb. Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və tibbi yardım briqadaları cəlb olunub.
Qəza səbəbindən Madrid ilə Əndəlüs bölgəsi arasındakı sürətli dəmir yolu xəttində hərəkət dayandırılıb.
Hadisənin səbəbləri araşdırılır. Ölənlərin sayının artacağı istisna edilmir.
Rauf
























